Güləşçimiz Osman Nurmaqomedov Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən O.Nurmaqomedov dörddəbir finalda Filip Finesilverə (İsrail) qalib gəlib. Güləşçimizin növbəti mərhələdə rəqibi slovakiyalı Ermak Kardanov olacaq.
Təmsilçimiz İntiqam Vəlizadə (61 kq) təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğu üçün İ.Vəlizadə medal şansını itirib. Cəbrayıl Qadjiyev (74 kq) Simon Markla (Avstriya) qalib gəlib. Növbəti görüşdə italiyalı Frank Çamiso ilə bacarmayıb. Abubakr Abakarov (86 kq) Dauren Kuruqliyevə (Yunanıstan) yenilib. Georgi Meşvildişvili (125 kq) isə almaniyalı Gennadi Kudinoviç güclü olsa da, Taha Akgülün (Türkiyə) müqavimətini qıra bilməyib.
C.Qadjiyev, A.Abakarov və G.Meşvildişvilinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]