Gülməmməd Məmmədov: Ulu Öndərin bizə miras qoyduğu güclü Azərbaycanımızla qürur duyuruq
Bakı, 10 may, Ceyhun Alışlı, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu liderdir. Onun xalqımız üçün gördüyü işlər, ölkəmizin dünyada tanıdılması naminə atdığı addımlar heç zaman unudulmayacaq. Biz fəxr edirik ki, vətənimiz belə şəxsiyyətlər yetişdirib.
Bu sözləri mayın 10-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gələn Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Gülməmməd Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafında, Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib.
Biz hər zaman güclü Azərbaycanımızla qürur duyuruq.