GÜNƏŞ VƏ BİOQAZ ENERJİ QURĞULARI SINAQDAN KEÇİRİLİR
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Günəş” Elm-İstehsalat Assosiasiyasının Türkiyənin “Kiska mühəndislik” şirkəti ilə birlikdə İsmayıllı və Lerik rayonlarında evlərin elektrik enerjisinə və istiliyə olan tələbatını ödəmək üçün quraşdırdıqları günəş və bioqaz qurğuları sınaq rejimində uğurla işləyir. Yaxın vaxtlarda Quba və Naxçıvanda da bu cür qurğuların sınağı keçiriləcəkdir.
Respublikamızda alternativ enerji mənbələrindən istifadə olunması layihəsi çərçivəsində həyata keçirilən bu eksperiment hələlik fərdi yaşayış evlərində tətbiq edilir. Təcrübi layihə üçün istifadə edilən avadanlığın bəzi hissələri xaricdən gətirilsə də, əsas işlər ölkəmizdə görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]