Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək
Tbilisi, 17 dekabr, AZƏRTAC
Gürcüstan parlamenti ölkənin xarici siyasəti ilə bağlı yeni qətnamə qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, 14 bənddən ibarət olan qətnamə artıq parlamentə təqdim olunub.
Sözügedən qətnamə 2013-2016-cı illərdə ölkə parlamentinin Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin əsas prinsiplərini özündə əks etdirir.
Sənədin maraq kəsb edən məqamlarından biri də qonşu ölkələrlə olan maddədir.
Həmin bənddə qonşularla sıx əlaqələr qurmaqla, balanslaşdırılmış regional siyasət həyata keçirmək, həmçinin Qara dəniz regionunda sülh və stabilliyin təmin edilməsi üçün fəaliyyət göstərmək nəzərdə tutulub.
Sənəddə Gürcüstan üçün Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi prioritet məsələ kimi xüsusi qeyd olunub. Qətnamədə, həmçinin bildirilir ki, Gürcüstan GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi diqqət ayıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]