Gürcüstan beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddətini uzadıb
Tbilisi, 17 dekabr, AZƏRTAC
Gürcüstan hökuməti beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 31-dək qüvvədə olacaq. Bu məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan şəhərlərinə yerinə yetirilən birbaşa və Kutaisi hava limanından həyata keçirilən uçuşlara şamil edilmir.
Qeyd edək ki, bundan öncə məhdudiyyətlərin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılmışdı.
Gələn ilin fevral ayından isə Gürcüstanda beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərin ləğv olunacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]