Gürcüstan Çin ilə strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədir
Tbilisi, 2 sentyabr, AZƏRTAC
Gürcüstan Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirmək üçün həm siyasi, həm də iqtisadi baxımdan konkret addımlar atacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitini şərh edərkən deyib.
Baş nazir bildirib ki, Sammit çərçivəsində müxtəlif ölkələrin liderləri Çində səfərdə olur və paradlarda iştirak edirlər. Bu səbəbdən də həmin dövlət başçıları Çindəki tədbirlərə qatılırlar.
Onun sözlərinə görə, Çinlə əməkdaşlığı “vətənə xəyanət” kimi təqdim etmək cəhdləri əsassız spekulyasiyadır. “Bizə qarşı çıxan qüvvələrin hansı dəyərlərə və prinsiplərə əsaslandığı tamamilə aydındır. Gürcüstan-Çin münasibətlərinə gəldikdə isə, biz bu tərəfdaşlığa çox diqqətlə yanaşırıq və onu strateji səviyyədə qiymətləndiririk. Bu əməkdaşlıq bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan çox dəyərli və vacibdir. Müvafiq olaraq, konkret addımlar atılacaq. Gürcüstan və Çin arasında tərəfdaşlığın daha da dərinləşməsi üçün şəxsən özüm böyük işlər görəcəyəm”, - deyə Baş nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]