Gürcüstan DTX-yə yeni sədr təyin olunub
Tbilisi, 3 sentyabr, AZƏRTAC
Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.
AZƏRTAC xəbər verir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze DTX-nin sədri vəzifəsinə təsdiqlənib.
Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.
M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.
Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatı olub. Xatırladaq ki, DTX-nin keçmiş rəisi Anri Oxanaşvili bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]