Gürcüstan hökuməti COVID-19-la mübarizə üçün “Remdesivir” preparatı alıb
Tbilisi, 18 dekabr, AZƏRTAC
Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan “Remdesivir” preparatını alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Onun sözlərinə görə, preparatın ilk partiyası artıq ölkəyə gətirilib. Bu dərmanla, ilk növbədə, ağır xəstələrin müalicəsinə başlanılacaq.
Nazir, həmçinin bildirib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.
Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.
Y.Tikaradze deyib ki, COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. Hökumət artıq peyvəndin alınması üçün 18 milyard lari vəsait ayırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]