Gürcüstan hökuməti Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib
Tbilisi, 14 fevral, AZƏRTAC
Gürcüstan hökuməti Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, humanitar yardım Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, Gürcüstanın Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplanıb.
Yüz tondan çox olan humanitar yükə ilkin tibbi yardım ləvazimatları, dərman vasitələri, tibbi avadanlıq, uşaq qidaları, fövqəladə hallar zamanı personal üçün ləvazimatlar, uniformalar, isti paltarlar, çadırlar, generatorlar, yataq çantaları, quru qida, konservlər və digər əşyalar daxildir.
Bildirilir ki, yüklərin bir hissəsi Gürcüstanın Müdafiə və Səhiyyə nazirliklərinin ehtiyatlarından toplanılıb.
Yardımın yola salınması mərasimində Gürcüstan rəsmiləri ilə yanaşı, qardaş Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay da iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]