GÜRCÜSTAN PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏAZƏRBAYCANA AVADANLIQ HƏDİYYƏ ETMİŞDİR
Q.Kavtaradze demişdir ki, Gürcüstan tərəfindən Azərbaycana hədiyyə edilən barmaqların işarələnməsi üçün xüsusi maddə, ultrabənövşəyi detektorlar sadə və səmərəlidir, seçkilərdə saxtalaşdırmanın qarşısının alınmasında mühüm rol oynayır.
Səfir R.Həsənov Gürcüstanın bu köməyinə görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün bütün vacib tədbirlərin görülməsini tələb edir. O, dövlət başçısının oktyabrın 25-də verdiyi Sərəncamın mötəbər beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılandığını söyləmişdir. Səfir demişdir ki, gürcüstanlı dostların hədiyyəsi təyyarə ilə Bakıya yola salınmışdır.
Xatırladaq ki, Gürcüstan MSK Milli Məclisə seçkilərin gedişini izləmək üçün Azərbaycana üç müşahidəçi göndərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]