Gürcüstan parlamentində iqlim dəyişikliyi ilə bağlı qanun layihəsi hazırlanır
Tbilisi, 23 yanvar, AZƏRTAC
Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsində “İqlim Dəyişikliyi haqqında” qanun layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 23-də layihə ilə bağlı ilk işçi iclası keçirilib. Bildirilib ki, komitə “yaşıl və ağ sənədlər” əsasında qanun layihəsinin ilkin variantını hazırlayıb.
Komitənin sədri Maya Bitadze iqlim dəyişikliyi ilə bağlı məsələlərin vahid qanunvericilik aktında cəmləşdirilməsinin zəruriliyini vurğulayıb. O, qeyd edib ki, iqlim qanunu Gürcüstanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün siyasi sənədlərin işlənib hazırlanması və təsdiqlənməsi qaydalarını tam əhatə etməlidir.
"İqlim dəyişikliyi ilə bağlı qanun layihəsinin qəbulu ölkənin həm Assosiasiya Sazişi, həm də Enerji Birliyi Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təməl daşlarından biridir. Parlament Gürcüstan İqlim Qanununun hazırlanmasında aparıcı rol oynayır və bu prosesə milli səviyyədə rəhbərlik edir”, – deyə komitə sədri vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]