Gürcüstan polisi 150 kiloqramdan çox heroin müsadirə edib
Tbilisi, 31 dekabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə bağlı daha bir böyük hadisəni aşkar edib və qarşısını alıblar. Polis 157 kiloqram heroin müsadirə edib ki, onun da bazar dəyəri qara bazarda təxminən 50 milyon laridir.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
Məlumata görə, İran vətəndaşı xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması, eləcə də Gürcüstana qanunsuz idxal ittihamları ilə həbs edilib. Saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Nazir müavini deyib ki, ümumilikdə, narkotik cinayətlərinə görə 5000-dən çox şəxs həbs edilib və məsuliyyətə cəlb olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:41]
Yaponiyada ayı təhlükəsi səbəbindən 94 məktəb bağlanıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]