Gürcüstan Prezidenti : “Qafqaz sülh platforması yaradılmalıdır”
Tbilisi, 11 dekabr, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili X çağırış Gürcüstan parlamentinin ilk iclasında maraqlı təkliflə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan dövlətinin başçısı “Qafqaz sülh platforması”nın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu platformaya böyük ehtiyac var. Prezident deyib ki, yeni platforma Qafqaz ölkələri, xarici aktorları və beynəlxalq təşkilatları bir araya gətirə bilər. Bu, regionda birgə infrastruktur, iqtisadi və mədəni layihələrin həyata keçirilməsi, bölgənin nəqliyyat, kommunikasiya və energetika habı rolunu oynaması üçün önəmli addım olar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]