GÜRCÜSTAN PREZİDENTİ ABŞ-A SƏFƏR EDƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Prezident Mixail Saakaşvili həmkarı Corc Buşun dəvəti ilə iyulun əvvəllərində ABŞ-a rəsmi səfər edəcəkdir.
Buş və Saakaşvilinin iyulun 5-də Ağ evdə görüşü zamanı Cənubi Osetiya və Abxaziyada münaqişələrin dincliklə nizama salınması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Səfər zamanı M.Saakaşvilinin ABŞ rəsmiləri ilə iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Gürcüstanın Avratlantika Birliyinə qoşulması və ölkədə demokratiyanın inkişafı məsələlərinin və qarşılıqlı maraq doğuran digər məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]