GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN NİTQİ
Heydər Əliyeviçin dediyi kimi, Gürcüstanın uğuru Azərbaycanın uğurudur. O, münasibətlərimizin əhəmiyyətini görür, dəqiq başa düşürdü.
Bu parkın olduğu yer Tbilisinin gözəl tarixi guşəsidir, burada bir çox mədəniyyətlər qaynayıb-qarışır, zənnimcə, bura çox gözəl bir guşə, çox romantik bir yer olacaq və Azərbaycan xalqının görkəmli oğlu, Gürcüstanın böyük dostu Heydər Əliyevin adını daşıyacaqdır.
Mən bütün qonaqlarımızı bir daha salamlamaq istəyirəm. Hesab edirəm ki, bura Gürcüstan paytaxtında ən yaxşı yer olacaq, buraya təkcə Tbilisi sakinləri deyil, onun qonaqları da məmnuniyyətlə gələcəklər və onların hamısı Heydər Əliyevi həmişə xatırlayacaqdır.