“Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsində iştirakını davam etdirməyə hazırdır” - İlya Darçiaşvili
Tbilisi, 16 iyun, AZƏRTAC
Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir. Gürcüstanın xarici siyasəti isə qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığı inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkə parlamentində çıxışı zamanı söyləyib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir deyib ki, Gürcüstan “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb.
“Biz regionda sülh və sabitliyin təmin edilməsində iştirakımızı davam etdirməyə hazırıq”, - deyə Darçiaşvili vurğulayıb.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]