GÜRCÜSTAN YAZIÇILAR İTTİFAQININ ÜZVLƏRİ ETİRAZ AKSİYASI KEÇİRMİŞLƏR
Şəhərin Rustaveli prospekti ilə dinc yürüş keçirən aksiya iştirakçıları sonra Şota Rustavelinin abidəsi önündə mitinqə toplaşmışlar. Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvili demişdir ki, 1990-cı illərdə Yazıçılar İttifaqına verilmiş binanı bizdən almaq istəyirlər. Yazıçılar məhkəməyə müraciət etmişlər, lakin məhkəməyə təzyiqlər olunacağı ehtimalı vardır.
Məhkəmə iclası yanvarın 18-də keçiriləcəkdir.