Gürcüstana istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalı qadağan edilə bilər
Tbilisi, 12 fevral, AZƏRTAC
İstismar müddəti 6 ildən çox olan avtomobillərin Gürcüstana idxalı qadağan edilə bilər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən hazırlanmış qanun layihəsi parlamentə təqdim olunub.
Bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında məlumat verib:"Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı son illər əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi. Bu ilin məlumatlarına görə, bu göstərici 2 milyonu keçib. Avtomobillərin sayının belə artımı yolların yüklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, çox mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etmişik".
Onun sözlərinə görə, kiçik istisnalar nəzərdə tutulacaq. Lakin prinsip etibarilə istismar müddəti 6 ildən çox olan avtomobillər ölkəyə gətirilməməlidir. ”Bu, ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [15:08]
“Lufthansa” aviaşirkəti tətil səbəbindən Sofiya uçuşlarını ləğv edib
- 12.02.2026 [15:07]
Ukrayna ordusu Rusiyanın kritik hərbi obyektlərinə zərbələr endirib
- 12.02.2026 [15:06]
BMT-nin humanitar yardımı Ukraynanın Dnepr bölgəsinə çatdırılıb
- 12.02.2026 [14:44]
Türkiyə MN: Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən PUA düşüb
- 12.02.2026 [14:40]
Mərkəzi Bank: 2028-ci ildə Türkiyədə inflyasiya birrəqəmli səviyyəyə düşəcək
- 12.02.2026 [14:15]
Aİ liderləri Avropanın gələcəyini müzakirə etmək üçün yenidən toplaşırlar
- 12.02.2026 [13:27]