Gürcüstanda 12 növ virusa yoluxma qeydə alınıb
Tbilisi, 25 dekabr, AZƏRTAC
Hazırda Gürcüstanda 12 növ virus qeydə alınıb. Bu viruslar arasında ən çox yayılan isə A tipli viruslardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisidəki Tsitsişvili adına yeni klinikanın tibb direktoru Maya Çxaidze məlumat verib.
Onun sözlərinə görə, gələn il yanvar-fevral aylarında viruslara yoluxma üzrə göstərici pik həddə çatacaq.
Həkim deyib ki, yoluxma zamanı müalicənin effektivliyini artırmaq üçün 24 və 48 saat ərzində qan analizləri verilməlidir.
Bundan başqa, xəstələrin yaş qrupuna və xəstəliyin növlərinə diqqət yetirilməlidir. Bir yaşına qədər uşaqlarda əsasən yüksək hərarət, kataral xəstəliklər, tənəffüs yollarının iltihabı və nəfəs almaqda çətinlik daha çox müşahidə olunur. Belə olan hallarda onların evdə müalicəsi yolverilməzdir. Valideynlər uşaqlarda hərarətin artdığını görən kimi, klinikalara müraciət etməlidirlər.
“Yetkinlik yaşına çatmış uşaqlar və böyüklər evdə müalicə oluna bilərlər. Xəstəlik zamanı 6-7 gün ərzində yüksək hərarət baş verə bilər. Lakin, xəstənin hərarəti bu müddət ərzində düşməzsə dərhal xəstəxanaya müraciət olunmalıdır”, -deyə M.Çxaidze vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [18:52]
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub
- 18.06.2026 [18:46]
Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik
- 18.06.2026 [17:51]
Rusiya Ermənistana etiraz notası göndərib
- 18.06.2026 [17:42]
Norveç dünyada ilk gəmi tunelini tikir
- 18.06.2026 [17:02]