Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb

Tbilisi, 29 dekabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb. Son sutka ərzində ölkədə daha 2012 nəfərdə koronavirus aşkarlanıb, 2638 nəfər sağalaraq evə buraxılıb, 25 pasiyent pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilir.
Qeyd olunur ki, hazırda ölkədə COVID-19-a 224 155 nəfər yoluxub ki, onların da 208 951-i sağalıb, 2 443-ü isə ölüb.
Karantin zonalarında 401, stasionar nəzarətdə 5 480 nəfər var. 1 287 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi