Gürcüstanda müxalifət partiyasının ofisində böyük miqdarda pirotexnika aşkar edilib
Tbilisi, 4 dekabr, AZƏRTAC
Gürcüstanda müxalifət partiyalarının ofislərində axtarışlar həyata keçirilib. Polis “Dora” partiyasının ofisində böyük miqdarda pirotexnika və etiraz aksiyalarında istifadə olunan kəsici-deşici və digər əşyalar aşkar edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, axtarışlar “Qrup zorakılığının təşkil edilməsi, buna qatılmaq və ya zorakılığa çağırış” maddəsi ilə aparılıb.
Məlumata əsasən “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiya da inzibati pozuntulara görə saxlanılıb. N.Qvaramiya polis əməkdaşını təhqir etməkdə təqsirli bilinir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]