Gürcüstanda qrip virusuna yoluxma hallarının artacağı gözlənilir
Tbilisi, 28 fevral, AZƏRTAC
Mart ayında Gürcüstanda qrip virusuna yoluxma hallarının artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə qripə yoluxma halları fon göstəricisi səviyyəsinə qədər aşağı düşüb. İnsanların qriplə bağlı xəstəxanalara müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Fevralın son həftəsinə olan məlumata əsasən qrip virusuna yoluxma göstəricisi əhalinin hər 100 min nəfərinə 100 hal olub. Dekabr ayında xəstəxanaya yerləşdirmə göstəricisi 41 faiz təşkil edirdisə, hazırda bu göstərici 19-20 faizdir.
A.Qamkrelidze mart ayında qripin yayılması ilə bağlı halların artacağının istisna edilmədiyini qeyd edib.
O, əhalini gigiyena qaydalarına riayət etməyə və qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]