GÜRCÜSTANDA QUŞ QRİPİNİN YAYILMASI TƏHLÜKƏSİNƏ QARŞI FÖVQƏLADƏ QƏRARGAH YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əmək, səhiyyə və sosial təminat naziri Lado Çipaşvili ölkədə quş qripinin yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə fövqəladə qərargah yaradıldığını bildirmişdir. Nazirin sözlərinə görə, qonşu Türkiyə və Ukrayna ərazisində quş qripinin rəsmən qeydə alınması Gürcüstan üçün də təhlükə yaradır və bu bəlaya qarşı əvvəlcədən hazırlıq görülməlidir.
Lado Çipaşvili bildirmişdir ki, xəstəxanalar xüsusi hazırlıq rejiminə keçəcəklər. Lazım olacaq vaksinlərin, nəfəs aparatlarının alınması üçün büdcədən vəsait ayrılmışdır. Gürcüstanda virus yayılarsa, ölkə əhalisinin hər üç nəfərdən birinin həlak olması ehtimalı vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]