GÜRCÜSTANDA SABİQ SOVET PASPORTLARININ MÜDDƏTİ BİR DAHA UZADILDI
AZƏRTAC-ın xüsusi müxbiri verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkədə sabiq sovet pasportlarının müddətinin uzadılmasına dair martın 13-də daha bir sərəncam imzalamışdır.
Prezidentin əvvəlki sərəncamına əsasən, həmin pasportların müddəti bu il martın 1-də başa çatmışdır. Yeni sərəncama görə isə, bu müddət cari il iyulun 15-dək uzadılmışdır. Sərəncamda deyilir ki, “iyulun 15-dək olan müddətdə sovet pasportlarının yığışdırılması prosesini mərhələ-mərhələ həyata keçirmək lazımdır”.
Ölkədə sovet pasportlarından, əsasən, ucqar dağ rayonlarının qoca sakinləri istifadə edirlər. İndi onlar dövlətdaxili şəxsiyyət vəsiqələri almalı olacaqlar.