Gürcüstanın sabiq müdafiə naziri ölkəsini NATO-da təmsil edə bilər
Tbilisi, 1 fevral, AZƏRTAC
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze yeni hökumətdə təmsil olunmayacaq. O, bundan sonra Gürcüstanın NATO-da səfiri vəzifəsində çalışa bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Cuanşer Burçuladze özü məlumat verib. O deyib ki, NATO-da səfir vəzifəsini nəzərdən keçirməklə bağlı yeni Baş nazir postuna namizəd İrakli Kobaidzedən təklif alıb. Amma hələlik razılıq verməyib və təklifi dəyərləndirəcək.
“On üç ildir dövlət qulluqçusuyam, böyük ailəm var. Düşünmək və istirahət üçün dörd ay vaxtım var. Bundan sonra diplomatik xidmətə davam edib-etməmək qərarına gələcəyəm”, - deyə Burçuladze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]