Hacı Əliyev: Azərbaycan Güləş Federasiyasındakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq
Bakı, 19 mart, AZƏRTAC
Bu yaxınlarda Azərbaycan Güləş Federasiyasındakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri hazırda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru vəzifəsində çalışan Hacı Əliyev deyib.
Veteran güləşçi xəbərin tezliklə ictimaiyyətə açıqlanacağını bildirib: “Təbii ki, hər kəs özü üçün ən yaxşısını arzulayır. Harada çalışacağım önəmli deyil. Məqsədim Azərbaycan güləşinə faydalı olmaqdır və bunun üçün səylə çalışacağam”.
Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilən tədbir barədə də danışan H.Əliyev bu cür təşəbbüslərin davamlı olmasını arzulayıb: “Bu gün gənc idmançılarla, azarkeşlərlə görüşümüz oldu. İnanıram ki, bu gənclər gələcəyin çempionları olacaqlar. Öz keçdiyimiz uğur yolunu gənclərlə bölüşdük. Əminəm ki, bizim hekayələrimiz bu gənclər üçün motivasiya olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]