Hacıqabulda bu günədək 9 min 757 hektar sahədə biçin aparılıb
Hacıqabul, 18 iyun, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda taxıl yığımı sürətlə aparılır. Hazırda zəmilərdə 28 kombayn işləyir. Gün ərzində 400-450 hektar sahənin taxılı toplanılır. Qısa müddətdə 9 min 757 hektar taxıl sahəsindən 31 min 149 ton məhsul yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında bu ilin məhsulu üçün 33 min hektar sahədə taxıl əkilib. Bunun da 10 min 136 hektarını arpa, 22 min 864 hektarını isə buğda sahəsi təşkil edir. Məhsulu qısa müddətdə toplamaq üçün biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 28 kombayn, 170-ə yaxın maşın-mexanizm baxışdan keçirilərək mülkiyyətçilərin istifadəsinə verilib.
Biçinə vaxtında başlayan əkinçilər indiyədək 2 min 751 hektar buğda sahəsindən 7 min 629 ton, 7 min 6 hektar arpa sahəsindən isə 23 min 520 ton məhsul götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]