Hacıqabulda iki minə yaxın tut tingi əkilib
Hacıqabul, 15 dekabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda baramaçılıq yeni təsərrüfat sahəsidir. Son 4 ildir ki, rayonda ipəkqurdu bəslənilir və yaxşı nəticə əldə olunur. Təkcə bu il rayonda 52 kümçü ipəkqurdu bəsləyib və 4 ton 50 kiloqram barama tədarük olunub.
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni-yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur. Baramaçılığın inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 20 min 580 ədəd tut tingi əkilərək becərilməsi üçün kümçülərə paylanılıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınan 1900 ədəd ting rayona gətirilərək Dövlət Torpaq Fondunda əkilib. Tinglərin əkilməsində mütəxəssislər yaxından iştirak ediblər. Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]