Haitidə polis məntəqəsinə hücum nəticəsində azı 4 nəfər ölüb
Bakı, 31 avqust, AZƏRTAC
Haitidə silahlı dəstə üzvlərinin Port-o-Prins ətraflarında polis məntəqəsinə hücumu nəticəsində azı 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Telesur” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumçular Carrefour Fey bələdiyyəsinin binasını yandırıb və yaxınlıqdakı insanlara atəş açıblar. Yaralıların sayı barədə məlumat verilmir. Hadisəni törədən şəxslər qaçıb, polis onları axtarır.
ABŞ-ın Port-o-Prinsdəki səfirliyi qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarını Haitini tərk etmələrinin zəruriliyini elan edib.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə ölkə prezidenti Jovenel Moisenin öldürülməsindən, eləcə də həmin ilin avqustunda baş verən və 2,2 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib. Bundan əvvəl “Telesur” telekanalı silahlı dəstələrin Port-o-Prensin 80 faizdən çoxuna nəzarət etdiyini və ölkənin digər regionlarında öz mövqelərini möhkəmləndirdiyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]