HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Şəffaflığın təmin edilməsi məqsədi ilə yazılı imtahan bütün 223 namizəd üçün vahid auditoriyada təşkil olunmuş, onu nüfuzlu beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından 30 müşahidəçi, bütün televiziya kanalları və informasiya agentlikləri, habelə mətbuat nümayəndələri tam izləmişlər.
İmtahan başlamazdan əvvəl həmin binada Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış suallardan namizədlər tam təsadüfi yolla, lototron vasitəsilə ikisini seçmiş, bu suallar dərhal, onların gözü qarşısında çoxaldılaraq onlara paylanılmış və 4 saat ərzində cavablandırılmışdır.
Anonimliyin təmin edilməsi məqsədi ilə imtahan zamanı yalnız şəxsi kodlardan istifadə edilmiş, bütün cavab vərəqləri Hakimlərin Seçki Komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının və Avropa Şurasının nümayəndəsi tərəfindən imzalanmışdır.
İmtahandan sonra cavab vərəqləri yenidən kodlaşdırılmış, ikiqat yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin bütün üzvləri və dəvət edilmiş mütəxəssis tərəfindən ayrı-ayrılıqda yoxlanılmış, namizədlərin sualın mahiyyətini və qanunun məzmununu açmaq, qoyulmuş məsələlərə dolğun qiymət verməklə kazusları həll etmək, məntiqi nəticələr çıxarmaq və fikirlərini səlis ifadə etmək bacarıqlarına xüsusi diqqət yetirilmişdir.
Hər bir sual üzrə 60 və daha çox bal toplamış şəxslər şifahi müsahibəyə buraxılmışlar.
Həmin şəxslərin siyahısı aşağıda dərc olunur və Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilmişdir (ünvan: www.judicialcouncil.org.az