HAKİMLİYƏ NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!
2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alaraq, onların hazırlaşmalarına kömək məqsədilə Məhkəmə-Hüquq Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyası Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzində hazırlıq kursları təşkil edir.
Hakimliyə namizədlərin diqqətinə çatdırılır ki, həmin kursların tədris proqramı keçiriləcək imtahanların tələblərinə uyğunlaşdırılmış və mütərəqqi tədris üsullarından istifadə edilməklə hazırlanmışdır.
Kurslarda yalnız hakimliyə namizədliyini irəli sürmüş şəxslər iştirak edə bilərlər. Dinləyicilər 40 nəfərdən çox olmamaqla müsahibə yolu ilə seçiləcəklər. Dərslərin hər həftənin şənbə günləri keçirilməsi nəzərdə tutulur.
Kurslarda iştirak etmək arzusunda olan şəxslərin ərizələri Hüquq-Tədris Mərkəzində qəbul edilir (Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158. Tel.: 498-80-59; 598-51-96).
Kursun başlanma tarixi barədə əlavə məlumat veriləcəkdir.
Məhkəmə-Hüquq Şurası
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]