Hamburqda keçirilən ənənəvi marafona 40 minə yaxın iştirakçı qatılıb
Berlin, 27 aprel, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində 39-cu dəfə təşkil olunan marafona 40 minə yaxın iştirakçı qatılıb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük altıncı marafonu olan bu yarışda keniyalı atlet Amos Kipruto yeni rekordla qalib gəlib. Otuz iki yaşlı atlet 2 saat 3 dəqiqə 46 saniyəlik nəticə ilə finişə birinci çataraq, əvvəlki rekordunu 23 saniyə yaxşıladırıb. Sonrakı iki yeri də keniyalı atletlər tutublar.
Qadınlar arasında isə efiyopiyalı Vorkeneş Edesa 2 saat 17 dəqiqə 55 saniyə nəticə ilə birinci olub. Favoritlərdən sayılan braziliyalı atlet, dünya rekordunun keçmiş sahibi Bricid Kosgei isə ikinci yeri tutub (2:18:26).
Bu yarışda daha bir neçə tanınmış idmançı uğur qazana bilməyib. Yarımmarafon üzrə Avropa çempionu, norveçli Karoline Qrovdal startda uğursuz olub və 25-ci kilometrdən sonra yarışı tərk edib. Almaniya tarixində ən sürətli üçüncü marafonçu olan Rixard Ringer yeddinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]