İQTİSADİYYAT
Hava şəraiti ilə əlaqədar respublikadakı avtomobil yollarında vəziyyət açıqlanıb
![Hava şəraiti ilə əlaqədar respublikadakı avtomobil yollarında vəziyyət açıqlanıb](/files/2023/1/1200x630/167336018581576506_1200x630.jpg)
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində hava şəraiti ilə əlaqədar yanvarın 10-u saat 17:00 -a olan avtomobil yollarının vəziyyətini açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən “Zəfər” yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem olmayıb, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı - Kəlbəcər - İstisu yolunda yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem olmayıb.
“Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Quba marşrutu üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi-Xızı yolunda Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı yolunda yağıntı yoxdur. Yolun Muğanlı ərazisində 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax-Şəki-Qax-Zaqatala yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən yolunda hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb, 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt-Astara yolunda marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı-Yardımlı yolunda Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur.
Lənkəran-Lerik yolunda, Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.