Hazırda Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur
Bakı, 2 fevral (AZƏRTAC). Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-195, Kiçik Qafqaz çaylarında 160-175, Lənkəran-Astara bölgəsi çaylarında 65-110, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 25-30 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, tranzit çaylarda hazırkı vəziyyət Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 136 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir (2011-ci ildə 213 m3/s olmaqla 128 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.(2011-ci ildə 71 m3/s olmaqla 103 faiz təşkil edirdi).
Hazırda Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Surra məntəqəsində suyun səviyyəsi 551 sm (2011-ci il fevralın 1-də 460 sm), Şirvanda 443 sm (2011-ci il fevralın 1-də 368 sm ), Bankədə 307 sm (2011-ci il fevralın 1-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 273 sm (2011-ci il fevralın 1-də 250 sm) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]