Hazırda məişət zorakılığından zərər çəkmiş 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir
Bakı, 20 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 14 şəxsə xidmət göstərilir. Onlardan 8 nəfəri uşaqdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 36-sı uşaq olmaqla 50 nəfərlə reabilitasiya işi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:25]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- 12.10.2026 [16:14]
QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək
- 12.10.2026 [15:45]
“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12.10.2026 [15:38]