HELSİNKİ ŞƏHƏR ŞURASINDA LANÇ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiyaya rəsmi səfəri çərçivəsində Helsinki Şəhər Şurasının binasına gəlmişdir. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı binanın önündə Şəhər Şurasının sədri xanım Rakel Hiltunen və şəhərin meri Yussi Payunen böyük hörmətlə qarşıladılar.
Prezident İlham Əliyev şəhərin “Qızıl kitab”ına ürək sözlərini yazdı.
Sonra Şəhər Şurasının sədri xanım Rakel Hiltunenin adından Azərbaycan Prezidentinin və xanımının şərəfinə lanç verildi.
Finlandiya Prezidenti xanım Tarya Halonen və həyat yoldaşı Pentti Arayarvi lançda iştirak edirdilər.
######
