HƏMAS-ın hücumu nəticəsində İsraildə 29 tailandlı həlak olub
Bakı, 16 oktyabr, AZƏRTAC
HƏMAS hərəkatının İsrailə hücumu nəticəsində həlak olan Tailand vətəndaşlarının sayı 29 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yeni məlumata əsasən, HƏMAS-ın hücumu nəticəsində 29 tailandlı həlak olub, 16-sı yaralanıb, 17 nəfər isə əsir götürülüb”, - deyə məlumatda bildirilir. Nazirliyin məlumatına görə, silahlı toqquşmalar başlayanda İsrailin nəzarətində olan ərazilərdə 30 min Tailand vətəndaşı olub. İndiyədək onların 7 mini regionu tərk edib.
Tailandın Baş naziri Settha Thavisin yerli “Thai Airways” və “Nok Air”, həmçinin Malayziyanın “AirAsia” aviadaşıyıcılarının oktyabrın sonunadək İsraildən təxliyə reysləri həyata keçirəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]