HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Tailand vətəndaşı ölüb
Bakı, 9 oktyabr, AZƏRTAC
HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində 12 Tailand vətəndaşı həlak olub, daha 8 tailandlı yaralanıb, 11 nəfər isə əsir götürülüb.
AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin Tailand Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, İsraildə ümumilikdə 30 minə yaxın tailandlı yaşayır. Tailand vətəndaşlarının təxminən 5 mini Qəzza sektorunun yaxınlığında işləyir. Onların bəziləri oktyabrın 9-na keçən gecə İsrail hakimiyyəti tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilib.
İsraildə həlak olan əcnəbilər arasında 10 Nepal vətəndaşının da olduğu bildirilir. Nepalın Baş naziri Puşpa Kamal Dahal ölkə vətəndaşlarının İsraildən geri qaytarılması yollarını müzakirə etmək üçün hökumətin xüsusi iclasını çağırıb.
Son məlumatlara görə, İsraildə ölənlərin sayı 700 nəfəri ötüb, 2,3 mindən çox insan xəstəxanalara yerləşdirilib. Həlak olanlar arasında mülki şəxslər, onlarla polis və hərbçi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]