HƏMAS-la hərbi münaqişə İsrail iqtisadiyyatına ciddi təsir göstərir
Bakı, 27 sentyabr, AZƏRTAC
HƏMAS ilə uzun sürən silahlı münaqişə İsrail iqtisadiyyatına ciddi təsir edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzetin yazır ki, “ölkənin kredit reytinqi aşağı düşüb, ÜDM isə kəskin şəkildə azalıb”. On minlərlə müəssisə bağlanıb və getdikcə daha çox iş ofşor şirkətlərə verilir. Nəşr qeyd edir ki, tikinti, kənd təsərrüfatı və turizm daha çox ziyan çəkib. İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, hərbi əməliyyatlar başlayandan bəri ölkəyə turist axını 75 faizdən çox azalıb.
HƏMAS siyasi bürosunun yerləşdiyi Qətər Misir və ABŞ ilə birlikdə Qəzza zolağında münaqişənin həllində vasitəçi kimi çıxış edir. Avqust ayında Dohada anklavda atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsinə yönəlmiş danışıqların növbəti mərhələsi baş tutub. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə münaqişənin nizamlanmasına yönəlmiş təklif təqdim edib. Lakin HƏMAS bildirib ki, Amerikanın təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:33]
Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]