HƏMRƏYLİK GÜNÜ QEYD OLUNMUŞDUR
İştirakçılar əvvəlcə Qazıməmməd qəsəbəsindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələrək, ümummilli liderin büstünü ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Firudin Babayev əsası dahi Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəyliyi ideyasının tarix üçün qısa sayılan zaman kəsiyində dərin köklər atdığını, böyük şəxsiyyətin uzaqgörənliyini xüsusi vurğulamışdır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Aslanov azərbaycançılıq amilinin qlobal mahiyyətinə toxunmuş, dövlətimizin və millətimizin parlaq gələcəyə layiq olduğunu qeyd etmişdir.
Sonda ölkəmizin başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]