HƏMRƏYLİK GÜNÜ STRASBURQDA QEYD EDİLMİŞDİR
Nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev bayramın tarixi əhəmiyyətindən danışmış, 31 dekabrın xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi və milli birliyi günü elan edildiyini bildirmiş, Azərbaycan hökumətinin bütün azərbaycanlıların ölkəmizin daim artmaqda olan imkanlarından lazımi şəkildə faydalanması üçün ardıcıl tədbirlər gördüyünü söyləmişdir.
Tədbirdə Prezident İlham Əliyevin bayram münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
Rəsmi hissədən sonra Strasburqda təhsil alan azərbaycanlı tələbələr tərəfindən hazırlanmış proqram nümayiş etdirilmiş və bayram süfrəsi açılmışdır.
Tədbirdə nümayəndəliyin əməkdaşları, Strasburqda yaşayan azərbaycanlılar və burada təhsil alan tələbələrimiz iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]