Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk günündə dörd qarşılaşma keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku uğrunda turnirə dörd oyunla start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadın həndbolçuların yarışında "Gənclər Birliyi" həndbolçuları ilə "İdman Akademiyası" təmsilçilərinin gərgin mübarizəsindən "tələbələr" 27:26 hesabı ilə qalib ayrılıblar. Digər qarşılaşmada isə “Azərsu” komandası “Nur” kollektivini üstələyib - 25:24.
Kişilər arasında keçirilən görüşlərdə "Bakı" komandası "Təhsil" həndbolçularını 37:26, "Məhsul" kollektivi isə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 32:23 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarışın ilk mərhələsinə dekabrın 17-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:33]
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb
- 18.09.2026 [12:56]
Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib
- 18.09.2026 [12:42]
FIFA Qavinin cəzasını qüvvədə saxlayıb
- 18.09.2026 [12:05]
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
- 18.09.2026 [11:52]
NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib
- 18.09.2026 [10:08]
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- 18.09.2026 [10:01]