Hər bir ölkə sakini orta hesabla 281,8 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb
Bakı, 30 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 2 milyard 829,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 102,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,3 faizidir. Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 281,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 39,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.