ORDU
Hərbi hissələrdə keçirilən bayram şənliklərində səkkiz minədək uşaq iştirak edib
Bakı, 4 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şənliklər təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün Yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi, Naxçıvan Qarnizon və Gəncə Zabitlər evlərinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri uşaqlar üçün maraqlı konsert proqramları ilə çıxış ediblər.