Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Velosiped Federasiyasının (AVF) bu il iyunun 3-də - Beynəlxalq Velosiped Günündə elan etdiyi “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dekabrın 23-də AVF-nin təşkilatçılığı ilə Daş Salnamə Muzeyində keçirilən qaliblərin mükafatlandırılması mərasimi və müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgidə AVF-nin prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, AVF-nin vitse-prezidenti Fuad Hacıyev, Xalq rəssamı, müsabiqənin münsiflər heyətinin üzvü Sirus Mirzəzadə, görkəmli fırça ustaları, idman federasiyalarının rəhbər şəxsləri, əsərləri sərgilənən müəlliflər, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə velosiped idmanına həsr olunmuş installyasiya, qədim tarixdən müasir dövrədək velosipedin inkişafını əks etdirən bu ekoloji təmiz nəqliyyat vasitəsinin müxtəlif nümunələri, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının videomaterialları, həmçinin məşq trenajorunda velosipedçilərin hərəkətlərini izləyib, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Sərgi zamanı AVF-nin velosiped idmanının təbliği və təşviqi üçün böyük ictimai əhəmiyyətli tədbirlər keçirdiyi, federasiyanın uğurlu nəticələrə imza atdığı, işğaldan azad ediləndən sonra 2022-ci ilin iyulunda Şuşa şəhərində ilk beynəlxalq yarışın - “Əziz Şuşa” beynəlxalq velosiped yarışının uğurla təşkil edildiyi vurğulanıb.

Qeyd olunub ki, “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçilərin müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdir.

Bildirilib ki, sentyabrın sonunda yekun vurulan “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinə 200-dən çox müxtəlif və rəngarəng rəsm əsərləri təqdim olunub. Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət münsiflər heyəti müsabiqənin tələblərinə uyğun olaraq üç əsas və üç həvəsləndirici qalib seçib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsinin də sürətlə inkişaf etdiyini bildirib. O, müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir belə tədbirlərin gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, idmanın kütləviləşdirilməsi, eyni zamanda, digər sahələrdə uğur qazanan gənclərə dəstək olmaq istiqamətində mühüm addımlar olduğunu vurğulayıb.

F.Qayıbov AVF-nin prezidenti M.Quliyevə idmanın inkişafı istiqamətində dövlət siyasətinə dəstək olduğuna görə minnətdarlığını bildirib, Gənclər və İdman Nazirliyinin hər zaman idman federasiyalarının yanında olduğunu vurğulayıb.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən, Ülkər Məmmədova qalib adına layiq görülüb. İkinci və üçüncü yerləri isə Pərvanə Əhmədli, Təranə Qaraliyeva tutublar. Həvəsləndirici yerlərə Nərmin İsmayılzadə, Kəmalə Kerriqan və Nurgül Əliyeva layiq görülüblər.

Birinci yerin qalibinə fəxri diplom və üç min manat pul mükafatı verilib. İkinci yeri tutan fəxri diplom və 2 min, üçüncü yerin sahibi isə fəxri diplom və 1000 manat pul mükafatı alıblar. Həvəsləndirici yerlərin sahiblərinin hər birinə isə fəxri fərman və 500 manat pul mükafatı təqdim olunub.

Digər rəssamlar AVF tərəfindən müsabiqənin iştirakçı diplomu ilə təltif olunublar.

Sonda tədbir iştirakçıları Daş Salnamə Muzeyinin digər salonunda nümayiş olunan milli yaddaşımızın nümunələri ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var VİDEO

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var VİDEO

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər