Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb.

Festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. Onlar üçün xüsusi zonada hədiyyəli və əyləncəli proqram təqdim olunub.

Paytaxt sakinləri və şəhərin qonaqlarının böyük marağına səbəb olan festivalda uşaqların səmərəli vaxt keçirməsi üçün hər cür şərait yaradılıb. Uşaqlarla bərabər, valideynlər də festivaldan məmnun qaldıqlarını ifadə ediblər.

Şəhər sakini Çinarə Cənnətova AZƏRTAC-a müsahibində bildirib ki, bu il festival fərqli proqramı ilə seçilir: “Mənim oğlumun adı Qeysdir, 10 yaşı var və hazırda 4-cü sinifdə oxuyur. Qızımın adı Nilaydır, 6 yaşı var və məktəbəqədər hazırlıq mərhələsindədir. Uşaqlarımla birlikdə vaxt keçirmək mənim üçün böyük sevinc və zövqdür.

Mən müxtəlif şou və tədbirləri izləməyi çox sevirəm. Fərqli şəhərlərdə keçirilən bu tədbirlərdə iştirak etmək mənə böyük maraq və əyləncə bəxş edir. Xüsusilə əl işləri sərgilənən zonalara üstünlük verirəm – bu cür zonalarda festival ab-havası yaşanır və çoxlu çeşidlər təqdim olunur”.

Heydər Əliyev Mərkəzi ərazisində keçirilən Uşaq Festivalının önəminə toxunan Ç.Cənnətovanın sözlərinə görə, bu cür tədbirlər həm mənəvi rahatlıq, həm də motivasiya verir: “Eləcə də insanı inkişaf etdirir, əyləncəli və faydalı təcrübələr qazandırır”.

10 yaşlı Qeys festivalda çox əyləndiyini vurğulayaraq, daha çox face-art və toxunma əl işləri zonasını bəyəndiyini ifadə edib.

“Yaşama dəstək” kəpənək ixtiyoz və immunodefisit xəstələrinin rahat yaşamına dəstək mərkəzinin rəhbəri Elgül Hüseynquliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda üç nadir xəstəlikdən əziyyət çəkən xəstələrə daim dəstək verir: “Kəpənək ixtiyoz - faciəvi bir xəstəlikdir. Yanan uşaqlar Epidermolizis Bulloza (kəpənək), ixtiyoz və immunodefisitdən əziyyət çəkir. İkisi dəri xəstəliyi, digəri isə qanında immunitet sıfır olan bir xəstəlikdir. Artıq 7 ildir ki, mərkəz cəmiyyətdə bu xəstəliyi olan insanlara dəstək göstərir. Onları həm cəmiyyətlə, həm də dövlət qurumları ilə əlaqələndiririk. Hər zaman qulluq tələb edən xəstəlikdir.

Həkim deyiləm, çünki mənim gördüyüm iş tək həkimliklə əlaqəsi olan iş deyil. Bu xəstəlik baxım tələb etdiyi üçün həm həkim, həm də onların dəstəkçisi kimi hər zaman onların yanındayam”.

E.Hüseynquliyeva göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür etdiyini bildirib: “2019-cu ildən bu günədək Leyla xanım bizə böyük dəstək göstərir. Onun sayəsində bu uşaqlar üçün xüsusi dövlət proqramı hazırlanıb. Tez-tez uşaqlarımızla görüşür, onları bağrına basır”. O, hazırda “Yaşama dəstək” mərkəzində 400-dən artıq uşağın olduğunu vurğulayıb: “Ümumiyyətlə, Azərbaycanda 900-ə yaxın ixtiyoz, 100-ə yaxın Epidermolizis Bullozadan (kəpənək) və immunodefisit xəstəliyindən əziyyət çəkən uşaq var. Bizim cəmiyyət artıq böyükdür. Onların mərkəzi var”.

Heydər Əliyev Mərkəzinin parkında mövzular və əyləncə növləri üzrə yaradılan zonalarda maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.

Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları keçirilib, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar təşkil edilib.

“Aqrar zona”da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar verilib. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə “Botanika zonası”nda tanış ola biliblər. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçirilib.

Uşaqların heyvanlar aləminə marağı nəzərə alınaraq, festivalda “Zoopark zonası” da yaradılıb.

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün “Qoğal” nağılı nümayiş etdirilib.

Daha bir yenilik isə festivalda Bakı Dövlət Sirkinin iştirakı olub. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirib, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdiriblər.

Festivalda daha bir yenilik moda meydançası olub. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edib, öz yaradıcılıqlarını nümayiş etdirib və müxtəlif dizayn ideyaları ilə tanış olublar.

Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçirilib.

Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgiləri isə “Azərkosmos” və “Planetarium” zonasında əldə etmək mümkün olub.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün “Təhlükəsiz yollar/Ralli” zonası da təşkil edib.

Bu gün Mərkəzin parkında “Oxu zonası”nda oxu saatı keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda “Sağlam uşaqlar zonası” fəaliyyət göstərib. Burada uşaqların müayinəsi üçün kuponlar verilib.

Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə “Estafet zonası”nda müxtəlif yarışlar və idman oyunları keçirilib, attraksionlar qurulub. “Badminton zonası”nda maraqlı yarışlar təşkil olunub.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO