Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir

Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir

Bakı, 23 iyun, AZƏRTAC

Dövlət idarəetməsi tarixin bütün mərhələlərində mövcud olan ictimai-siyasi formasiyalarda insan fəaliyyəti ilə birbaşa bağlı olub. Dövlət idarəçiliyinin əsas komponentlərindən biri dövlət qulluğudur. Dövlət qulluğunun daha səmərəli olması üçün onun konkret prinsiplərə əsasən həyata keçirilməsi vacibdir. Dövlət qulluğunun müasir dövrün tələblərinə uyğunlaşdırılması və idarəetmədə yeni texnologiyaların tətbiq edilməsi bu gün müasir dünyanın inkişaf etmiş dövlətlərinin gündəmində olan prioritet vəzifələrdəndir. Məhz yeni texnologiyalar əsasında formalaşan dövlət qulluğu sayəsində dövlət və cəmiyyət arasında siyasi, iqtisadi, hüquqi və sosial münasibətlərin inkişafını və qarşılıqlı razılıq dərəcəsi təmin olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Aynurə Əliyevanın “Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutdu. Bununla da yaranmış müstəqil dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ildə ümumxalq referendumunda Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilməklə ölkənin gələcək inkişafı üçün beynəlxalq standartlara cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu. Milli qanunvericilikdə “dövlət qulluğu" termini ilk dəfə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Ümumiyyətlə, ölkəmizdə milli kadrların yetişdirilməsi, dövlət idarəçiliyinin və dövlət qulluğunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının hazırlanması prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi prosesini çox məharətlə həyata keçirməyə başladı. Ulu Öndər dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə yanaşı, milli kadr potensialının sistemli şəkildə hazırlanması prosesini həyata keçirməyə başladı. Ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Həmin dövrdən etibarən Heydər Əliyev Azərbaycan dilini dövlət, sovet və partiya orqanlarında işlək dilə çevirməyə başladı. Məhz Heydər Əliyevin gərgin fəaliyyəti və təkidi, polad iradəsi və millətsevərliyi sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan olundu. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdən başlayaraq, Azərbaycanın böyük milli kadr potensialı yaradıldı və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin kadrlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini verməyə başladılar.

Təəssüf ki, Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar da müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdikdən sonrakı ilk iki ildə ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq və xaos dövlət idarəetmə sistemində özünü göstərdi.

Həmişə olduğu kimi, bu dəfə də xalqın və ölkənin ağır günlərində həyatının qalan hissəsini qurban verməyə hazır olan Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıtdığı gündən müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını da önə çəkdi. Həmin dövrdən düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlüklərini və milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasına başlandı.

1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı və həmin il noyabrın 12-də Konstitusiya layihəsi ümumxalq səsverməsi yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlətin idarə edilməsində iştirak və dövlət qulluğuna qəbul hüququ verən ayrıca maddə var. Məhz Konstitusiyanın 55-ci maddəsində “Dövlətin idarə olunmasında iştirak etmək hüququ” təsbit edilmişdir.

Ümummilli Liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları gündəmə gəldi.

Ölkəmizdə dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının və 1998-ci ildə imzaladığı “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının müstəsna rolu olub. Dövlət idarəetmə sisteminin islahatı dövlət qulluğu islahatlarını da nəzərdə tutur. Fərmanda qeyd olunduğu kimi, bu islahatların bir hissəsi normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı idi. Dövlət qulluğu sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiyyətlərə malik, geniş dünyagörüşlü, intellektual səviyyəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların məsuliyyətinin artırılması.

Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda, məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Qanun qəbul edildi. Bu qanunun qəbul edilməsinin əsas səbəbi Heydər Əliyevin 1998-ci ildə dövlət idarəçilik sistemində islahatların aparılması ilə bağlı fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi idi. Bu qanun dövlət qulluğunun təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdi. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.

“Dövlət qulluğu haqqında” Qanun respublikada, demək olar ki, ən işlək qanunlardan biri olub. Bu Qanunun qəbulundan sonra onlarla normativ hüquqi akt qəbul olunub, o cümlədən dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılıb. O cümlədən həmin qurumların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar hazırlanıb. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar qanunda dəyişikliklər edilmiş və müasir dövrə uyğunlaşdırılmış və müasir dövr üçün mükəmməl bir sənəd kimi formalaşıb.

Dövlət qulluğu haqqında qəbul edilmiş bu qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və onların hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Ulu Öndərin bütün sahələr üzrə siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını da diqqət mərkəzində saxladı. Bu sahədə mühüm addımlardan biri kadr islahatları oldu.

İdarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri oldu. Məhz bu məqsədlə 2007-ci ildən dövlət qulluğuna qəbul müsabiqə vasitəsilə həyata keçirilir. 2016-cı ilə qədər bu prosesin təşkili və nəzarətini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirsə də, sonradan bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət İmtahan Mərkəzinə verilib.

Müasir dövrdə dövlət qulluğu sistemində fəaliyyətin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Hazırkı mərhələdə ölkədə, demək olar ki, bütün dövlət idarəçiliyi orqanlarında elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün mühüm əhəmiyyətli tədbirlə həyata keçirilir. Azərbaycanda dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. 2011-ci ilin mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət alıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi ciddi konseptual əsaslara söykənərək intensiv xarakter alıb. Müasir mərhələdə dövlət qulluğu sistemində həyata keçirilən islahatların səciyyəvi xüsusiyyəti onların innovativ xarakterli olmasından ibarətdir. Dövlət qulluğu sistemində müşahidə olunan ilkin yenilik “dövlət qulluğu” anlayışına tamam yeni yanaşma tərzinin sərgilənməsi ilə bağlıdır. Azərbaycanda səmərəli dövlət idarəçiliyinin tam formalaşması üçün dövlət qulluğu sistemində innovasiyaların tətbiqi məsələsinə xüsusi diqqət yetirilir.

Dövlət qulluğunda çalışan əməkdaşların peşəkarlığının artırılması, fəaliyyətlərində innovativ metodların tətbiqi daim Baş Prokurorluğun diqqət mərkəzində saxladığı sahələrdən olub. Bu məqsədlə mütəmadi olaraq keçirilən tədbirlər dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsində, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsində mühüm rol oynayır. Prokurorluq orqanlarında yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə əlaqədar dövlət qulluqçularının sayının artması diqqəti cəlb edir.

Prezident, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz Ermənistanın 30 illik işğalına son qoyduqdan sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının tətbiqidir. Belə ki, həmin ərazilərdə dövlət başçımızın 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edildi. Bununla Azərbaycanda dövlət idarəçiliyi sahəsində yeni bir idarəetmə formasının tətbiqini nəzərdə tutan mərhələnin əsası qoyuldu. Bu idarəetmə formasının da əsasını dövlət qulluğu təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili