HEYDƏR ƏLİYEV FONDU XEYRİYYƏ TƏDBİRİ KEÇİRMİŞDİR
Tədbirdə Bakının tibb müəssisələrində dispanser uçotunda olan 217 xəstə uşağa insulin və xüsusi ağrısızlaşdırıcı şpris-qələmlər verilmişdir.
Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə 59 min diabet xəstəsi var və onların 18 mini bu xəstəliyin ağır, insulindən asılı formasından əziyyət çəkir. Hazırda Azərbaycanda 444 uşaq və 298 yeniyetmə şəkərli diabet xəstəsidir. 2004-cü ildə Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilmişdir. Bu, MDB məkanında ilk belə qanundur və MDB Parlamentlərarası Assambleyasının təklifi ilə Birlik ölkələrinin parlamentləri üçün model kimi tövsiyə edilmişdir. Cari ildən gerçəkləşdirilməyə başlanan bu dövlət proqramının maliyyələşdirilməsi üçün 2006-cı ilin büdcəsindən 45 milyard manat vəsait ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]