“HEYDƏR ƏLİYEV” GƏMİSİNDƏ MUZEY AÇILMIŞDIR
Muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsən Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu bunun Azərbaycan gəmiçiliyi tarixində ilk üzən muzey olduğunu demişdir. Bundan əlavə, o, gəminin Bosfor boğazından neft daşımayacağını da qeyd etmişdir. Belə ki, Heydər Əliyev Bosforun çirklənməməsi üçün buradan neftin daşınmasına həmişə etiraz edib. Baş konsulun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin əsas səbəblərindən biri də bu olub.
Muzeyin təşkilatçıları toplanmış eksponatlarla kifayətlənməyəcəklərini bildirmişlər. Gəminin lövbər salacağı bütün limanlarda isə muzeyin geniş auditoriyaya təqdim ediləcəyi bildirilmişdir.