HEYDƏR ƏLİYEV MUZEYİNDƏ YENİ BÖLMƏ AÇILMIŞDIR
Azərbaycan DRES-dəki Heydər Əliyev muzeyində ölkəmizin Prezidenti İlham Əliyevin stansiyada keçirdiyi yaddaqalan görüşlərini, energetiklərlə mehriban söhbətlərini əks etdirən xüsusi bölmə açılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dövlətimizin başçısının stansiyanın yenidən qurulması və 9-cu blokun tikintisi ilə bağlı qarşıya qoyduğu mühüm dövlət əhəmiyyətli vəzifənin həyata keçirilməsi üçün “Azərenerji” nin mütəxəssisləri xüsusi tədbirlər planı hazırlayırlar.